azturkxeber.az
http://azturkxeber.az

Fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

07-10-2025

Fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

Oktyabrın 7-də Fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

İsveç Kral Elmlər Akademiyası 2025-ci ildə fizika üzrə Nobel mükafatını Con Klark, Mişel H. Devoret, Con M. Martinisə “makroskopik kvant mexaniki tunelin kəşfi və elektrik dövrəsində enerjinin kəmiyyətinin müəyyən edilməsinə görə” verilməsi barədə qərar qəbul edib.

Bu alimlərin superkeçirici elektrik sistemi bir vəziyyətdən digərinə keçə bilir. Onlar, həmçinin göstəriblər ki, sistem kvant mexanikasının proqnozlaşdırdığı kimi, enerjini xüsusi ölçülərdə udub buraxır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031