azturkxeber.az
http://azturkxeber.az

Çin Xarici İnkişaf Assosiasiyasının nümayəndə heyəti AZPROMO-da olub

07-10-2025

Görüşdə iki ölkə arasında iqtisadi tərəfdaşlıq imkanları və perspektivlər müzakirə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Çin Xarici İnkişaf Assosiasiyasının prezidenti He Jenveyin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Agentliyin fəaliyyət istiqamətləri və 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yekunlarına dair məlumat verib. Çin tərəfi forumun yüksək səviyyədə təşkil olunmasını bildirərək, gələcəkdə belə təşəbbüslərdə daha geniş heyətlə iştirak etmək niyyətində olduqlarını diqqətə çatdırıb. Görüş çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, Assosiasiya və tərkibinə daxil olan şirkətlərlə işgüzar əlaqələrin qurulması perspektivləri müzakirə edilib, qurumlar arasında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi üzrə təkliflər irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031