Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 13 faizə yaxınlaşır
Naxçıvan Muxtar Respublikasında 1 oktyabr 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 21 min 969 olub.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb və 616 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 5,4 faiz artaraq 6162 olub.