azturkxeber.az
http://azturkxeber.az

Şəkidə “Şəhid ailələri ilə Könüldən - Könülə” adlı anım tədbiri keçirilib

06-10-2025

Şəkidə “Şəhid ailələri ilə Könüldən - Könülə” adlı anım tədbiri keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Gəncliyə Yardım Fondunun rəhbəri Ahmet Tecim və fondun əməkdaşları, Türkiyənin Beynəlxalq Yardım təşkilatı "Dəniz Fənəri" dərnəyinin İstanbul şəhəri üzrə rəhbərliyi və bəzi əməkdaşları, eyni zamanda bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, çıxış edənlər əvvəlcə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlığından söz açıblar. Daha sonra vətənın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib, ruhları üçün Qurani-Kərim oxunub, dualar edilib.

Qeyd olunub ki, dövlətimizin başçısı tərəfindən şəhid ailələrinə, qazilərə daim diqqət və qayğı göstərilir. Tədbirdə həmçinin Türkiyə Azərbaycan qardaşlığından da bəhs edilib. Sonda isə Aprel və ikinci Qarabağ müharibəsi şəhid ailələrindən ibarət 65 şəhid ailəsinə müxtəlif sovqatlar təqdim olunub. Göstərdiyi dəstəyə görə Gəncliyə Yardım Fonduna və Türkiyənin “Dəniz Fənəri” dərnəyinə təşəkkürümüzü bildiririk.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031