azturkxeber.az
http://azturkxeber.az

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Doha Beynəlxalq Kitab Sərgisinin müdiri Jassim Əhməd Əl -Buainain Azərbaycan Milli Kitabxanasının fonduna kitab hədiyyə edib

04-10-2025

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Doha Beynəlxalq Kitab Sərgisinin müdiri Jassim Əhməd Əl -Buainain Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovla görüşüb.

​Jassim Əhməd Əl -Buainain Beynəlxalq Kitab Sərgisinin təşkili və Qətərin mədəniyyətinin bu sərgidə yüksək səviyyədə təmsil olunduğundan çox məmnun olduğunu vurğulayıb. Sərgi ücün xüsusi olaraq hazırlanan, ərəb dilindən Azərbaycan dilinə tərcümə olunan Qətər mədəniyyətini əks etdirən dəyərli kitabları Milli Kitabxanaya hədiyyə edib.

Milli Kitabxananın direktoru görüşdən məmnun olduğunu bildirib, iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafının genişləndiyini vurğulayıb, bu sahədə kitabxanaların rolunu, beynəlxalq kitab sərgilərində və müxtəlif tədbirlərdə iştirakını qeyd edib. Direktor K.Tahirov Azərbaycana dair kitabları və Milli Kitabxananın fotoalbomunu qonağa hədiyyə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031