azturkxeber.az
http://azturkxeber.az

Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub

03-10-2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub.

Səfər, Nazirliklə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə baş tutub. Məqsəd Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Nümayəndə heyəti Seulda keçirilən “EdTech 2025” sərgisində iştirak edib, Koreya Müasir İncəsənət Muzeyində maarifləndirici proqramlarla tanış olub. KOCCA – Koreya Mədəniyyət, Məzmun və Yaradıcılıq Agentliyində keçirilən görüşlərdə yaradıcı kontentin beynəlxalq mübadiləsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Proqram çərçivəsində nümayəndələr həmçinin ölkənin aparıcı elm və innovasiya mərkəzi KAIST universitetini ziyarət ediblər. Burada onlara “Startup KAIST” proqramı təqdim olunub, mədəniyyət və texnologiyanın qovşağında həyata keçirilən layihələr barədə məlumat verilib.

Səfər nəticəsində Azərbaycanın yaradıcı sənayelərinin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənəcəyi, gənclər üçün yeni imkanların açılacağı və ölkəmizin kreativ ekosisteminin qlobal trendlərlə zənginləşəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031