azturkxeber.az
http://azturkxeber.az

“Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası, ermənilərin törətdiyi vandalizm aktları, tarixi-mədəni abidələrin dağıdılması və Azərbaycan toponimlərinin dəyişdirilməsi” mövzusunda tədbir keçirildi

03-10-2025

25 sentyabr 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının və Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası, ermənilərin törətdiyi vandalizm aktları, tarixi-mədəni abidələrin dağıdılması və Azərbaycan toponimlərinin dəyişdirilməsi” mövzusunda tədbir keçirildi.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin anılması ilə davam etdi.

Tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Günay Ağamalı iştirak edib və çıxış edərək bildirib ki, Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası xalqımızın yaddaşına silinməz bir faciə kimi həkk olunub. O vurğulayıb ki, soydaşlarımızın ata-baba yurdlarından zorla köçürülməsi həm insanlıq əleyhinə cinayət, həm də tarixi-mədəni irsimizə qarşı yönəlmiş vandalizm aktıdır. Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Cənab Prezident İlham Əliyevin qətiyyətli iradəsi nəticəsində Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi daim dövlətin diqqət mərkəzində saxlanılıb və onların doğma yurdlarına qayıdışı artıq real siyasi gündəliyin mühüm hissəsinə çevrilib.

Toplantıda həmçinin təşkilati məsələlər müzakirə olundu, Qərbi Azərbaycan İcması Salyan rayon nümayəndəliyinin idarə heyəti və icma rəhbərləri təsdiq edildi, yeni üzvlərə vəsiqələr təqdim olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031