azturkxeber.az
http://azturkxeber.az

III MDB Oyunları: Azərbaycan qılıncoynatma yarışlarında ilk medalını qazanıb

03-10-2025

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qadınlar arasında qılıncoynatma üzrə yarışlar davam edir.

Azərbaycan təmsilçisi Mirnuray Abasova qılıncoynatma yarışlarının şpaqa növündə yarımfinala yüksəlməklə III MDB Oyunlarında bürünc medalı təmin edib. O, 1/4 finalda Anastasiya İlyuşenkanı (Rusiya) üstələyib. M.Abasovanın finala gedən yoldakı rəqibi Anastasiya Zabelina (Rusiya) olacaq.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031