Gəncə Dəmiryol Vağzalı: tarixlə səyahətin kəsişdiyi məkan
Gəncə Dəmiryol Vağzalı 1882-1883-cü illərdə Tiflis və Bakı şəhərlərini birləşdirən dəmiryol xəttinin üzərində inşa edilib.
Gediş-gəlişin çox olması ilə əlaqədar, vağzalın yerləşdiyi ərazidə yaşayış massivi salınıb. Qafqazda dəmiryolçu uşaqları üçün ilk fərdi məktəb də 1887-ci ildə Gəncədə açılıb.
1970-ci illərdə yeni binaya köçürülmüş Gəncə Dəmiryol Vağzalı bu gün də öz əvvəlki möhtəşəmliyi ilə sərnişinlərin xidmətindədir.