azturkxeber.az
http://azturkxeber.az

Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayala və Kolumbiyalı yazıçılar Milli Kitabxananın qonağı olublar

02-10-2025

Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Luis Fernando Kuartas Ayala və Kolumbiyalı yazıçılar Milli Kitabxananın qonağı olublar. Qonaqları Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib.

Qonaqları salamlayan direktor onları Azərbaycan Milli Kitabxanasında görməkdən məmnun olduğunu bildirib. O, Milli Kitabxananın elmi və mədəni fəaliyyəti, zəngin fondu, oxucu auditoriyası, həyata keçirdiyi layihələr və qarşılıqlı əməkdaşlıq əlaqələri haqqında məlumat verərək, Azərbaycanın Kolumbiya Respublikası ilə yaxın münasibətlərinin mövcud olduğunu söyləyib.

Səfir Luis Fernando Kuartas Ayala səmimi qəbula görə təşəkkürünü bildirib. Daha sonra qonaqlar kitabxana ilə tanış olublar.

Sonda direktor prof. Kərim Tahirov qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu qonaqlara hədiyyə edib. Kolumbiyalı yazıçılar isə öz kitablarını Milli Kitabxananın fonduna hədiyyə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031