azturkxeber.az
http://azturkxeber.az

Operativ nəqliyyat vasitələrinin arxasınca hərəkət etmək qadağandır - NİİM

01-10-2025

Operativ nəqliyyat vasitələrinin arxasınca qəsdən hərəkət etmək qanun pozuntusu olmaqla yanaşı, qəzalara da səbəb olur.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən sürücülərə müraciətdə bildirilir ki, nəqliyyat sıxlığı zamanı bəzi sürücülər bu vasitələrin arxasında yaranan boşluqlardan istifadə edərək sürət həddini aşır, ara məsafəsini pozur və manevr qaydalarını gözləmirlər. Bu hallar operativ avtomobillərin ünvana vaxtında çatmasına mane olur və digər hərəkət iştirakçılarını qəza riski ilə üz-üzə qoyur.

Qanunun 48-ci maddəsinə görə, “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” və digər xüsusi təyinatlı avtomobillər üstün hərəkət rejiminə malikdir və onların müşayiət etdiyi dəstəyə qoşulmaq qadağandır.

İnzibati qanunvericiliyin 331-ci maddəsinə əsasən isə belə qayda pozuntusuna görə 100 manat məbləğində cərimə tətbiq olunur.

Sürücülərdən xahiş olunur ki, qaydalara ciddi əməl etsinlər və xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə mane olmasınlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031