azturkxeber.az
http://azturkxeber.az

Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib

01-10-2025

30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib.

Məişət zorakılığı ilə bağlı ölkədə rezonans yaradan faktlar və üç aylıq hesabat, həmçinin yerli monitorinq qruplarının məişət zorakılığının qarşısının alınması zamanı fəaliyyətlərində yaranan çətinliklər, eləcə də onların həlli yollarının müzakirəsi iclasın gündəliyində duran əsas məsələlərdən olub.

İclasda monitorinq qrupunun üzvləri ilə yanaşı, Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Dövlət Statistika Komitəsinin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nümayəndələri, o cümlədən Bakı Şəhərinin Sabunçu və Binəqədi rayonları, habelə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçılarının müavinləri, yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri qismində iştirak ediblər.

Monitorinq və əlaqələndirmə qrupunun iclasında qurumlararası əlaqələndirmənin gücləndirilməsi, bütün rayon və şəhərlər üzrə münaqişəli ailələrin siyahısının müəyyən edilməsi, təhlillərin aparılması və münaqişəli ailələrlə profilaktiki işin gücləndirilməsi, habelə yerli polis bölmələrinin əməkdaşlarına məişət zorakılığının qarşısının alınması ilə bağlı təlimlərin keçirilməsi kimi bir çox məsələlər ətrafında həm qrup üzvləri, həm də qonaqlar tərəfindən ətraflı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031