azturkxeber.az
http://azturkxeber.az

FHN: III MDB Oyunlarının təhlükəsizliyi üçün tədbirlər görülüb

01-10-2025

Ölkəmizdə keçirilən III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi məkanlarda və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ərazilərdə gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparırlar.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, müvəqqəti quraşdırılan konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.

Bundan əlavə, III MDB Oyunlarına hazırlıq dövründə FHN-in strukturları tərəfindən yarışlar keçirilən şəhər və rayonlarda yerləşən mehmanxana və iaşə obyektləri, mədəniyyət, əyləncə və ticarət obyektləri, tibb müəssisələrində yanğın və texniki təhlükəsizlik mövzusunda kütləvi maarifləndirmə işləri aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031