azturkxeber.az
http://azturkxeber.az

1 Oktyabr – Ahıllar Günü münasibətilə tibbi aksiya keçirilib

01-10-2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 Oktyabr – Ahıllar Günü münasibətilə Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Çətin Həyat Şəraitində olan Şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsində tibbi aksiya təşkil olunub.

Aksiya çərçivəsində müəssisədə yaşayan ahılların sağlamlıq vəziyyətinin yoxlanılması məqsədilə həkim-mütəxəssislər tərəfindən kardioloji, oftalmoloji, nevroloji və terapevtik müayinələr aparılıb. Müayinələr zamanı ahılların ürək-damar sistemi, göz və görmə qabiliyyəti, sinir sistemi, eləcə də ümumi sağlamlıq göstəriciləri diqqətlə yoxlanılıb. Həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə uyğun olaraq vətəndaşlara fərdi məsləhətlər verilib, ehtiyac duyulan hallarda əlavə müalicə və profilaktik tədbirlərin görülməsi tövsiyə olunub.

Keçirilən aksiya ahılların sağlamlığının qorunması və onlara göstərilən qayğıya töhfə olmaq məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031