Taekvondoçularımız III MDB Oyunlarını 22 medalla başa vurdular
III MDB Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına yekun vurulub.
Kür Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışların son günündə daha 14 idmançımız tatami üzərinə çıxıb ki, onlardan da 11-i mükafatçılar sırasında yer alıb. Təmsilçilərimizdən Vasif Səlimov 68 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. Digər 10 taekvondoçumuz - Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) çıxışını bürünc medalla başa vurub.
Qeyd edək ki, taekvondoçularımız ilk yarış günündə 11 ( 3 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanmışdılar.
Ümumilikdə taekvondoçularımız III MDB Oyunlarını 4 qızıl, 2 gümüş, 16 bürünc medalla başa vurublar.