azturkxeber.az
http://azturkxeber.az

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxanada olub

30-09-2025

30 sentyabr tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli (Essam Bin Saleh Algetale) və Kral Fəhəd adına Milli Kitabxanın direktor müavini Feysal bin Abdulaziz əl-Hamoudi (Faisal Bin Abdulaziz Alhamoudi) Azərbaycan Milli Kitabxanasının qonağı olublar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.

Görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə Səudiyyə Ərəbistanı Krallığının Kral Fəhəd adına Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması, hər iki ölkənin Milli Kitabxanalarında ədəbiyyat guşələrinin yaradılması, beynəlxalq kitab sərgilərində və müxtəlif tədbirlərdə iştirak, qarşılıqlı əlaqələrin qurulması, inkişafı və genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Sonra Azərbaycan Milli Kitabxanası ilə tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.

Sonda direktor prof. Kərim Tahirov Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan” və “Bakı simfoniyası” kitablarını qonaqlara hədiyyə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930