azturkxeber.az
http://azturkxeber.az

Çində yeni enerji avtomobillərinin beynəlxalq sərgisi keçirilir

30-09-2025

Çində yeni enerji avtomobillərinin beynəlxalq sərgisi keçirilir

Çinin Anhuy əyalətinin Hefey şəhərində Beynəlxalq Yeni Enerji Avtomobilləri Sərgisi işə başlayıb.

Avtomobil sənayesi liderləri, alimlər, ekspertlər bir araya toplaşaraq, yeni enerji avtomobilləri sahəsində ən son texnoloji trendləri müzakirə edir.

Sərginin 200 min kvadratmetrlik ekspozisiya sahəsinin 5 tematik bölməsində 1000-dən çox avtomobil modeli nümayiş olunur. Onlar arasında 20 avtomobil ilk dəfə ictimaiyyətə təqdim olunur.

Anhuy əyaləti Çində Şencen, Şanxay, Pekin və Çonçin şəhərləri ilə birlikdə yeni enerji avtomobilləri istehsalı və inkişafı üzrə öncül sıralardadır. Cari ilin ilk yarısında Anhuydakı müəssisələrdə 1,5 milyon avtomobil, o cümlədən 730 min NEV istehsal olunub. Anhuy bu göstərici ilə Çinin bölgələri arasında ilk yerdə qərarlaşıb.

Qeyd edək ki, dünyanın ən iri avtomobil bazarı olan Çin ardıcıl 10 ildir hibrid və tam elektrik avtomobillərini əhatə edən yeni enerji avtomobillərinin (NEV) istehsalında və satışında dünya lideridir. Ötən il dünya üzrə elektrik avtomobili satışının yarıdan çoxu Çində olub. Bu ilin yanvar-avqust aylarında daxili bazarında tam elektrik avtomobillərinin satışı 32,2, yeni enerji avtomobillərinin ümumi satışı isə 62,3 faiz çoxalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930