azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan nümayəndə heyəti Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 12-ci Toplantısında iştirak edib

19-09-2025

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ci Toplantısında iştirak edib.

16-18 sentyabr 2025-ci il tarixlərində Albaniyanın Vlora şəhərində keçirilən tədbirin mövzusu "Audiovizual və onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı" olub.

Tədbirdə Albaniya Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi, BRAF-ın Baş katibi xanım Dəniz Güçer və QDİƏT-in Baş katibinin birinci müavini xanım Merve Səfa Kavakçı açılış nitqləri ilə çıxış ediblər.

Toplantı çərçivisində "Audiovizual mediada nifrət nitqi və informasiya azadlığı: İnformasiya azadlığı və ictimai təhlükəsizliyin balanslaşdırılması üçün etik qaydalar və hüquqi çərçivələr" və "Onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı: Onlayn media kontentini tənzimləmək üzrə ictimai məlumatlılıq kampaniyası və beynəlxalq əməkdaşlıq" mövzularında iki panel sessiya təşkil edilib.

Birinci paneldə çıxış edən İsmət Səttarov Azərbaycanda nifrət çıxışları, dini, irqi, cinsi ayrıseçkiliyin qanunla qadağan olunduğunu bildirmiş, bu istiqamətdə Audiovizual Şuranın gördüyü işlər barədə geniş məlumat verib.

Toplantının işində iştirak edən Sədrin müşaviri Haşim Əliməmmədzadə Azərbaycanda media sahəsində baş verən son dəyişikliklər haqqında danışıb.

Tədbirin sonunda BRAF-ın növbəti toplantısının Bolqarıstanda keçirilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, BRAF-ın 11-ci toplantısı 14-16 aprel 2025-ci il tarixlərində Bakıda Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930