azturkxeber.az
http://azturkxeber.az

Armela Krasniqi: Böyük platformalarda uşaqların müdafiəsinin tənzimlənməsinə təcili ehtiyac var

15-04-2025

Armela Krasniqi: Böyük platformalarda uşaqların müdafiəsinin tənzimlənməsinə təcili ehtiyac var

Azərbaycan Respublikası Audiovizual Şurası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısını yüksək səviyyədə təşkil edib.

Bu sözləri jurnalistlərə müsahibəsində Albaniyanın Audivizual Media İdarəsinin sədri Armela Krasniqi deyib.

O bildirib ki, bu tədbir çərçivəsində hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edən uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə ilə bağlı müzakirələr aparacaq. “Çünki televiziya və radio yayımında uşaqların müdafiəsi tənzimlənsə də, digər media xidmətlərində, məsələn feysbuk, instaqram, tiktok və “X” kimi digər böyük platformalarda uşaqların müdafiəsinin tənzimlənməsinə təcili ehtiyac var. Çünki bu gün gənc nəslin nümayəndələri bu platformalar vasitəsilə hər bir şeyi görürələr və bu, bir çox ölkələrdə tamamilə tənzimlənmir. Buna görə də biz istər sosial media olsun, istər daha böyük platformalarda öz həmkarlarımızla bu mühiti tənzimləmək üçün səylərimizi necə birləşdirməyi müzakirə etməliyik”, - deyə Armela Krasniqi qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930