azturkxeber.az
http://azturkxeber.az

BDYPİ Paytaxt Yollarında Hərəkətin Təhlükəsizliyini Gücləndirir

18-09-2025

Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda və paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq, yollarda sıxlıqların qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti nəzarəti gücləndirib.

Xüsusilə günün pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub, hərəkət axınının tənzimlənməsi, dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, yol polisi əməkdaşlarının tələblərinə hörmətlə yanaşmağa çağırır və xatırladır ki, bu, hər kəsin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930