azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir

15-09-2025

Vilnüs şəhərində Litva Antidopinq Agentliyinin (LTUNADO) yaradılmasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.

Konfransda antidopinq təşkilatlarının inkişafı və əməkdaşlıq perspektivləri, Adizes metodologiyasına əsasən təşkilati transformasiya, idman təşkilatlarının oyun sənayesi ilə əlaqəsi mövzusunda müzakirələr aparılıb.

Konfrans çərçivəsində AMADA ilə LTUNADO arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə və LTUNADO-nun direktoru Ruta Banyte imza atıblar.

Memorandum çərçivəsində hər iki agentlik antidopinq sahəsində əməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsil təşəbbüslərinin gücləndirilməsini, həmçinin innovativ yanaşmaların tətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək. Əməkdaşlıq nəticələrin emalı, testetmə, təhsil, təhqiqat, terapevtik istifadəyə icazə və digər sahələri əhatə edəcək, Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətin daha da təkmilləşdirilməsinə töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930