azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb

19-03-2025

 

İsveçrənin Lozanna şəhərində Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə və Polşa Milli Antidopinq Agentliyinin rəhbəri Mixal Rinkovski imzalayıblar.
Memorandum çərçivəsində hər iki agentlik antidopinq sahəsində əməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsil təşəbbüslərinin gücləndirilməsini, innovativ yanaşmaların tətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək. Əməkdaşlıq nəticələrin emalı, testetmə, təhsil və digər sahələri əhatə edəcək, Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətin daha da təkmilləşdirilməsinə töhfə verəcək.
Bundan əlavə, Memorandum çərçivəsində gələcəkdə müxtəlif sahələri əhatə edən spesifik ikitərəfli müqavilələrin imzalanması da planlaşdırılır ki, bu da əməkdaşlığın davamlı və sistemli şəkildə inkişafını təmin edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31