Nazirlik: 41 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 6-da və 7-də ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə, 127 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilən 181 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.