azturkxeber.az
http://azturkxeber.az

Sumqayıtda karton məmulatlarının istehsalı zavodunun ərazisində baş verən yanğın söndürülüb

01-09-2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində karton məmulatlarının istehsalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 1800 kvadratmetr sahədə yığılmış karton tullantıları 450 kvadratmetr sahədə yanıb.

Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930