azturkxeber.az
http://azturkxeber.az

Salyanda iki yol qəzası baş verib, ölən və yaralananlar var

01-09-2025

Salyanda iki yol qəzası baş verib, ölən və yaralananlar var

Salyan rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə səhər saatlarında Noxudlu kəndində qeydə alınıb. Qəza zamanı yük və minik avtomobili toqquşub. Hadisə nəticəsində Daşqın Zalıyev ölüb. Xəsarət alan iki nəfər - Şükran Həsənəliyev və Alik Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər yol qəzası isə Ələt - Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində baş verib. Avtomobilin aşması zamanı xəsarət alan Gülnar Babayeva və Səkinəxanım Babayeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930