FHN-in voleybol komandaları dövlət qurumları arasında keçirilən yarışın qalibi olublar
1 sentyabr 2025-ci il tarixində Avropa Oyunları Parkında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.
Müxtəlif dövlət qurumlarının kişi və qadın komandalarının qüvvələrini sınadığı çempionatda iştirak edən FHN-in həm kişilər, həm də qadınlardan ibarət çimərlik voleybolu üzrə komandaları əzmkar mübarizə apararaq bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.