azturkxeber.az
http://azturkxeber.az

Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb

01-09-2025

Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb

Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı keçiriləcək.

Bakı və Şamaxının müxtəlif məkanlarında baş tutacaq festival bu dəfə də Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin fəlsəfi və ədəbi irsinin öyrənilməsi, ədəbiyyat və incəsənət sahəsində bir sıra tədbirlərlə yadda qalacaq.

Festival sentyabrın 23-də və 25-də Bakının bir sıra mədəniyyət ocaqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Atəşgah məbədini əhatə edəcək. Festival günlərində müxtəlif ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfrans, Nəsimi yaradıcılığına dair elmi sessiyalar, müzakirələr, sərgilərin təşkili, tamaşaların nümayişi, əbədi-bədii gecənin, musiqi təqdimatlarının keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 24-də isə festival Şamaxıda davam edəcək. İlk dəfə Nəsimi Bağları Kompleksində keçiriləcək festival bu ərazinin müxtəlif məkanlarında təşkil olunacaq. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, o cümlədən balet, açıq səma altında “Multidisipilinar incəsənət festivalı”, ustad dərsləri, konsert təqdim ediləcək.

Festival iştirakçıları, həmçinin Nəsimi Bağları Kompleksi ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış nəhəng heykəli ilə tanış ola biləcək.

2018-ci ildən ənənəvi təşkil olunan Nəsimi Festivalı mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir. Həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930