azturkxeber.az
http://azturkxeber.az

Abşeronda narkomaniyaya qarşı mübarizəyə dair təlim keçirilib

01-09-2025

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində narkotiklərlə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində “Narkomaniyaya qarşı mübarizəyə dair Yaddaş təlimatı” mövzusunda təlim təşkil olunub.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvü, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, həmçinin rayonun orta ümumi təhsil məktəblərinin psixoloqları iştirak ediblər.

Təlimin əsas məqsədi iştirakçılara psixoaktiv maddələrdən istifadənin risk amilləri, asılılıq və yeniyetmələrdə asılılığın yaranmasına səbəb olan sosial-psixoloji amillər, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrdən istifadə zamanı müşahidə olunan fizioloji əlamətlər və emosional-davranış dəyişiklikləri, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi izahat işlərinin aparılması, məktəbdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və antinarkotik təbliğatın vacibliyi barədə geniş məlumat vermək olub.

Təlimdə iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.

Təlim çərçivəsində İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça iştirakçılara təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930