azturkxeber.az
http://azturkxeber.az

Abşeronda gənclərə narkomaniyanın zərərli təsirləri barədə məlumat verilib

28-07-2025

Abşeron Rayon İcra Hakimiyyəti (RİH), Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu və “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi ilə birlikdə “Narkotik: yeni çağırış və təhlükələr” mövzusunda tədbir keçirilib.

Dövlət Komissiyasından verilən məlumata görə, tədbirdə Abşeron RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun məsul əməkdaşı, Ağsaqqallar Şurasının sədri, rayon polis şöbəsinin əməkdaşları, həkim-narkoloq, digər aidiyyəti qurumların və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Mövzu ətrafında çıxış edənlər narkomaniyanın insan sağlamlığına və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlərin, profilaktik tədbirlərin əhəmiyyəti, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviqi və onların asudə vaxtının səmərəli təşkili məsələlərinə xüsusi diqqətin ayrılması barədə ətraflı məlumat veriblər. Tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031