Mediasiya Şurası tərəfindən Balakən 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanışlıq olub
22 avqust 2025-ci il tarixində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediatorlar Tural Məmmədov, Aqil Əsgərov, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov və Ağdaş 1 saylı mediasiya təşkilatının direktoru Rövşən İsmayılov ilə birlikdə Balakən 1 saylı Mediasiya Təşkilatının ofis şəraiti, görülən işlər ilə tanış olub.
Balakən 1 saylı mediasiya təşkilatının direktoru Nizamə İsmayılova qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib, görülən işlər barədə məlumat verib və keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsindəki nailiyyətləri qeyd edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bölgələr üzrə fəaliyyət göstərən mediasiya təşkilatlarının vətəndaş məmnunluğunun təmin olunmasındakı əhəmiyyətindən söz açıb və Balakən 1 saylı mediasiya təşkilatına fəaliyyətində uğurlar arzu edib.