Mediasiya Şurası tərəfindən Göygöl 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanışlıq olub
21 avqust 2025-ci il tarixində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediatorlar Tural Məmmədov, Aqil Əsgərov və Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov və Ağdaş 1 saylı mediasiya təşkilatının direktoru Rövşən İsmayılov ilə birlikdə Göygöl 1 saylı mediasiya təşkilatının ofis şəraiti, görülən işlər ilə tanış olub. Görüşdə Göygöl 1 saylı mediasiya təşkilatının direktoru Ceyhun Hümbətov və təşkilatın mediatoru Minayə Həsənova iştirak edib.
Göygöl 1 saylı mediasiya təşkilatının direktoru Ceyhun Hümbətov qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib, görülən işlər barədə məlumat verib və keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsindəki nailiyyətləri qeyd edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bölgələr üzrə fəaliyyət göstərən mediasiya təşkilatlarının vətəndaş məmnunluğunun təmin olunmasındakı əhəmiyyətindən söz açıb və Göygöl 1 saylı mediasiya təşkilatına fəaliyyətində uğurlar arzu edib.