Şəmkir 1 Saylı Mediasiya Təşkilatının Fəaliyyəti ilə Yerində Tanışlıq – Mediasiya Şurasından Ziyarət
Mediasiya Şurası tərəfindən Şəmkir 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanışlıq olub.
21 avqust 2025-ci il tarixində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediatorlar Tural Məmmədov, Aqil Əsgərov və Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov və Ağdaş 1 saylı mediasiya təşkilatının direktoru Rövşən İsmayılov ilə birlikdə Şəmkir 1 saylı Mediasiya Təşkilatının ofis şəraiti, görülən işlər ilə tanış olub. Görüşdə Şəmkir 1 saylı mediasiya təşkilatının direktoru Anar Tahirov və təşkilatın mediatorları Leyla Əliyeva və Anar Hacıyev iştirak edib.
Şəmkir 1 saylı mediasiya təşkilatının direktoru Anar Tahirov qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib, görülən işlər barədə məlumat verib və keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsindəki nailiyyətləri qeyd edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bölgələr üzrə fəaliyyət göstərən mediasiya təşkilatlarının vətəndaş məmnunluğunun təmin olunmasındakı əhəmiyyətindən söz açıb və Şəmkir 1 saylı mediasiya təşkilatına fəaliyyətində uğurlar arzu edib.