azturkxeber.az
http://azturkxeber.az

Mediasiya Şurası tərəfindən Şamaxı 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanışlıq olub

23-08-2025

22 avqust 2025-ci il tarixində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediatorlar Tural Məmmədov, Aqil Əsgərov, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov və Ağdaş 1 saylı mediasiya təşkilatının direktoru Rövşən İsmayılov ilə birlikdə Şamaxı 1 saylı mediasiya təşkilatının ofis şəraiti, görülən işlər ilə tanış olub. Görüşdə Şamaxı 1 saylı mediasiya təşkilatının direktoru Samir Kərimov və təşkilatın mediatorları İsmayıl Nağıyev və Mirvaleh Mövsümov iştirak edib.

Şamaxı 1 saylı mediasiya təşkilatının direktoru Samir Kərimov qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib, görülən işlər barədə məlumat verib və keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsindəki nailiyyətləri qeyd edib.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bölgələr üzrə fəaliyyət göstərən mediasiya təşkilatlarının vətəndaş məmnunluğunun təmin olunmasındakı əhəmiyyətindən söz açıb və Şamaxı 1 saylı mediasiya təşkilatına fəaliyyətində uğurlar arzu edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031