azturkxeber.az
http://azturkxeber.az

Yeni “Merge Labs” İlon Maskın “Neuralink” startapına rəqib olacaq

15-08-2025

Yeni “Merge Labs” İlon Maskın “Neuralink” startapına rəqib olacaq

“OpenAI”nin rəhbəri Sem Altman beyin-kompüter interfeysləri sahəsində yeni startap - “Merge Labs”a investisiyalar cəlb edərək, onun yaradılmasında iştirak edir.

Maliyyənin əhəmiyyətli hissəsi “OpenAI”nin vençur bölməsindən daxil ola bilər. “Merge Labs”ın gözlənilən dəyəri 850 milyon dollar təşkil edir.

Məlumdur ki, “Merge Labs” “Tools for Humanity” (keçmiş “World”) rəhbəri Aleks Blaniya ilə əməkdaşlıq edir. Bu, Altmanın gözün irisinin skanına əsaslanan rəqəmsal şəxsiyyət sisteminin yaradılması layihəsidir. Şirkətin dediyinə görə, bu sistem “insanın şəxsiyyətinin həqiqiliyini təsdiqləməyə” imkan verir. Yeni startap kompüterlərlə qarşılıqlı əlaqə qura bilmək üçün beyinə implantasiya edilə bilən çiplər hazırlayan İlon Maskın “Neuralink”in rəqib olacaq. Maskın 2016-cı ildə təsis etdiyi “Neuralink” iflic olan insanlarda düşüncə gücünə malik cihazları idarə etmək məqsədilə sınaqdan keçirilməsində əhəmiyyətli irəliləyiş əldə edib. İyun ayında şirkət E seriyalı sərmaye çərçivəsində 600 milyon dollar cəlb edərək, 9 milyard dollar dəyərində qiymətləndirildi.

Həm “Neuralink”, həm də potensial olaraq “Merge Labs”, insanların texnologiyalar ilə qarşılıqlı əlaqə üsullarında inqilab edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031