azturkxeber.az
http://azturkxeber.az

Alimlər təyyarə ölçüsündə asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq ediblər

15-08-2025

Alimlər təyyarə ölçüsündə asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq ediblər

“2025 PM” asteroidi təhlükəli göy cismi kimi təsnif edilir, lakin Yerə yaxın olmasına baxmayaraq, onun planet tərəfindən tutulma ehtimalı çox azdır.

Diametri 50 metr olan “2025 PM” asteroidi bu həftənin sonunda Yer kürəsinin yanından keçəcək. O, bazar günü, avqustun 17-də, Bakı vaxtı ilə saat 13:03-də Yerdən Ay orbitinin təxminən bir diametrində məsafədə olacaq.

NASA-nın “Jet Propulsion” laboratoriyası da göy cisminin yaxınlaşması barədə xəbərdarlıq edib. Qeyd olunur ki, “2025 PM” ölçülərinə görə təyyarə ilə müqayisə oluna bilər və Yerə mümkün olan ən yaxın - 1 milyon kilometrdən çox məsafədə planetimizə yaxınlaşacaq.

“The Jerusalem Post” asteroidi hər birinin çəkisi 15 tona qədər olan üç tiranozavrla müqayisə edir. Amma qeyd edir ki, onun kütləsi dəqiq məlum deyil. NASA, həmçinin şənbə günü Yer kürəsinin 980 min kilometrinə yaxınlaşacaq diametri təxminən 16,7 metr olan “2025 PR1” asteroidini də izləyir.

Günəş Astronomiyası Laboratoriyası bildirib ki, “2025 PM” planetə qeyri-adi yaxınlaşma səbəbindən təhlükəli asteroidlər sırasındadır (bu kateqoriyaya Yerə 10 Ay orbitinin diametrindən daha yaxın məsafədə yaxınlaşan cisimlər daxildir). Müqayisə edilə bilən məsafədə daha böyük bir cismin bu il sentyabrın sonunda bir dəfə daha uçması gözlənilir.

Bu göy cismi “Apollon” qrupuna, yəni, orbitləri Yerin orbiti ilə kənardan kəsişən planetimizə yaxın asteroidlərə aiddir. O, avqustun 1-də aşkar edilib. Obyektin xüsusiyyətləri hələ də yaxşı məlum deyil, çox güman ki, bu, uçucu maddələrin izləri olmayan qayalıq bir blokdur. “Yerə yaxın uçuşuna baxmayaraq, onun planet tərəfindən tutulma ehtimalı çox azdır”, -deyən alimlər qeyd edirlər ki, bu asteroid yalnız başqa bir göy cismi ilə toqquşduqda öz trayektoriyasını dəyişə bilər.

İyulda alimlər xəbərdarlıq etmişdilər ki, 2029-cu ilin aprelində diametri 375 metr olan “Apofis” asteroidi Yerə 32 min kilometr məsafədə yaxınlaşacaq. Səma cismini Avropa, Afrika və Asiyada yaşayan təxminən 2 milyard insan adi gözlə görə biləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031