azturkxeber.az
http://azturkxeber.az

“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək

15-08-2025

“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” həftəsonu da fəaliyyət göstərəcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, “Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Milli Konservatoriyası və Sumqayıt Dövlət Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 11-dən başlanıb və 19-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031