azturkxeber.az
http://azturkxeber.az

İxtisas seçimi günlərində “Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib

11-08-2025

İxtisas seçimi günlərində “Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib

Abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti və bu ildən etibarən Azərbaycan Milli Konservatoriyasında fəaliyyətə başlayan və ödənişsiz əsaslarla xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bu barədə DİM-dən məlumat verilib. Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 11-dən 19-dək aparılacaq. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” gün ərzində aktiv ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031