ABŞ və Cənubi Koreya ticarət sazişi üzrə razılığa gəliblər
ABŞ və Cənubi Koreya ticarət sazişi üzrə yekun razılıq əldə edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. Sazişə əsasən, Cənubi Koreya ABŞ-a məxsus və Trampın seçdiyi sahələrə 350 milyard dollar investisiya yatıracaq. Bundan əlavə, Cənubi Koreya ABŞ-dan 100 milyard dollar dəyərində maye qaz və ya digər enerji məhsulları alacaq.
Cənubi Koreya, həmçinin investisiya məqsədləri üçün ABŞ-a böyük məbləğdə sərmayə qoymağa razılıq verib. “Bu məbləğ yaxın iki həftə ərzində Cənubi Koreyanın Prezidenti Lo Çje Myonla Ağ Evdə ikitərəfli görüş zamanı açıqlanacaq. Həmçinin, Cənubi Koreyanın ABŞ-la ticarətə tam açıq olacağı və o cümlədən avtomobil və yük maşınları, kənd təsərrüfatı məhsulları və s. ABŞ məhsullarını qəbul edəcəkləri barədə razılığa gəlinib. Biz Cənubi Koreya üçün 15 faiz tarifə razılaşdıq. Amerikaya tarif tətbiq edilməyəcək”,- deyə Tramp bildirib.