azturkxeber.az
http://azturkxeber.az

Almaniyada içərisində 400 sərnişin olan qatar beş saatadək tuneldə qalıb

27-07-2025

Almaniyada içərisində 400 sərnişin olan qatar beş saatadək tuneldə qalıb

“Alman Dəmir Yolları” (“Deutsche Bahn”) şirkətinə məxsus şəhərlərarası sürət qatarı texniki nasazlıqla əlaqədar beş saat Vyana yaxınlığında tuneldə qalıb.

Qatarda olan 400 nəfər bu müddətdə tuneldə gözləməli olub. Sərnişinlər yalnız axşam saatlarında ehtiyat qatara keçə biliblər.

Günorta saatlarında Hamburqdan hərəkətə başlayan qatar 17 dəqiqə sonra texniki nasazlıq nəticəsində tuneldə qalıb. Mühəndislər əvvəlcə qatarı tuneldən çəkmək istəsələr də, bu, mümkün olmayıb. Buna görə də sərnişinlərin ehtiyat qatara köçürülməsi qərara alınıb.

Hadisə nəticəsində xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031