azturkxeber.az
http://azturkxeber.az

Qəbələ festivalında Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub

26-07-2025

Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən olan və dünya musiqi xəzinəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçilir. Festival çərçivəsində iyulun 25-də axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək orkestrin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnəsində konsert verib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib. Azərbaycan klassik musiqisinin dünyada geniş təbliğinə görə orkestr 2007-ci ildə “Humay” milli mükafatına layiq görülüb. 2018-ci ildən kamera orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.

Konsert Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Uvertüra” ilə başlayıb. Konsertdə Arif Məlikov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Müslüm Maqomayev, Musa Mirzəyev, həmçinin G.Puççini, P.İ.Çaykovski, A.Piazzolla, D.Şostakoviç və digər bəstəkarların əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər Afaq Abbasova (soprano) və Aleksey Mittixin (cello), Nicat Salmanov (fleyta), Rəfiqə Quluzadə (piano), Cəlal Kərimov (bariton), Şərif Bağırov (klarnet), Hüseynağa Asalanovun (qiraətçi) ifaları, Daniyə Nəsirova (rəqqasə) və Ülvi Əliəhmədlinin (rəqqas) çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festivalın proqramına uyğun olaraq, iyulun 26-sı gündüz saat 12:00-da “Detaşe-Sabah” violinoçular ansamblının konserti təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031