azturkxeber.az
http://azturkxeber.az

Yaponiya 100 “Boeing” təyyarəsi alacaq

25-07-2025

Yaponiya 100 “Boeing” təyyarəsi alacaq

Yaponiya ABŞ-ın “Boeing” şirkətindən 100 ədəd təyyarə alacaq.

Ağ Evin açıqlamasına görə, alqı-satqı iki ölkə arasında əldə edilmiş ticarət razılaşmasında əksini tapıb. Bildirilib ki, Yaponiya ABŞ-dan milyardlarla dollar dəyərində kənd təsərrüfatı və digər məhsullar almaq, habelə bu ölkədən düyü idxalını 75 faiz artırmaq öhdəliyi götürüb.

İki ölkə arasındakı strateji ticarət və investisiya müqaviləsinə əsasən, Yaponiya ABŞ-dan müdafiə avadanlığının illik alışını da əhəmiyyətli dərəcədə artıracaq. Bundan başqa, gündoğan ölkə əsas sənayelərini yenidən qurmaq və genişləndirmək üçün ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq. Supergüc dövlət də bu investisiyadan əldə edilən gəlirin 90 faizini özündə saxlayacaq.

Qeyd edək ki, ABŞ Yaponiyaya tətbiq etdiyi 25 faizlik idxal rüsumlarını 15 faizə endirməyə razı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031