azturkxeber.az
http://azturkxeber.az

Polis əməkdaşları Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirirlər

25-07-2025

Yay turizm mövsümü ilə əlaqədar olaraq vətəndaşların istirahət zonalarına axını nəzərə alınaraq, çimərlik və istirahət mərkəzlərində sərbəst və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Əraziləri çirkləndirməmək və təhlükəsizlik qaydalarına riayət etməklə bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.

Həmçinin istirahətə gələn vətəndaşlara çimərliklərdə insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə etmələrinin yolverilməz olduğu, bu halların digər şəxslərin həyatı üçün təhlükə yaratdığı izah edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031