azturkxeber.az
http://azturkxeber.az

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

20-07-2025

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.

Tədbirlər çərçivəsində polis əməkdaşları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.

Eyni zamanda, çimərlik ərazisində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək, suda olan zaman təhlükəsizlik qaydalarına riayət etmək və üzləşdikləri neqativ hadisələr barədə dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur.

Tədbirlər zamanı dəniz kənərında insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə edən şəxslər də müəyyən edilərək onlarla profilaktik söhbətlər aparılır, təhlükəsizlik qaydaları izah edilir.

Qeyd edək ki, bu tipli profilaktik tədbirlər davamlı xarakter daşıyır və hər kəsi bu işdə fəal iştirak etməyə çağırırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031