azturkxeber.az
http://azturkxeber.az

Memarlıq ixtisasına qəbul olmaq üçün 390 nəfər qeydiyyatdan keçib

24-07-2025

Memarlıq ixtisasına qəbul olmaq üçün 390 nəfər qeydiyyatdan keçib

Memarlıq ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlər (həmçinin subbakalavrlar) imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, memarlıq ixtisası üzrə qabiliyyət imtahanı vermək üçün 390 nəfər qeydiyyatdan keçib. Qabiliyyət imtahanı iyulun 28-31-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçiriləcək.

İştirakçılar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Xatırladaq ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Ətraflı məlumat bu il nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031