azturkxeber.az
http://azturkxeber.az

Milli Mətbuat Günü münasibətilə AzTV kollektivi Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib

22-07-2025

22 iyul Milli Mətbuat Günü münasibətilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin kollektivi Fəxri Xiyabanı ziyarət edib.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri düzülüb. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət olunub.

AzTV kollektivi milli mətbuatımızın banisi, “Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabinin məzarını da ziyarət edərək onun xatirəsini dərin ehtiramla yad edib.

Daha sonra Şəhidlər Xiyabanına baş çəkən kollektiv Şəhid jurnalistlərin də məzarlarını ziyarət edib, xatirələrini hörmətlə anıb.

AZTV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031