azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdır

21-07-2025

İyul ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçirilməsinin qarşısı alınmışdır.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış, sərhəd axtarışı həyata keçirilmişdir.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerindən uzaqlaşmağa çalışan “Hyundai” markalı 77-RA-376 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi yerli əhalinin köməyilə saxlanılmış və avtomobilə baxış zamanı ümumi çəkisi 12 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür

İlkin dindirmədə saxlanılan şəxslərin Bakı şəhər sakini – 1998-ci il təvəllüdlü Şahtaxtinski Aqşin İlqar oğlu və Füzuli rayon sakini 2003-cü il təvəllüdlü Əliyev Rinad Ələddin oğlu olması müəyyənləşdirilmiş, onlar törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiklərini bildirmişlər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031