F.Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib. İspaniyanın paytaxtı Madriddə keçirilən tədbir 23 iyul tarixində start götürəcək U-15 və Yeniyetmələrin Avropa birinciliyi ərəfəsində təşkil olunub. Xüsusi Konqresdə gündəlikdə yer alan məsələlər müzakirə edilib.