azturkxeber.az
http://azturkxeber.az

“Neftçi” Polşada ilk yoxlama görüşünə çıxıb

18-07-2025

“Neftçi” Polşada ilk yoxlama görüşünə çıxıb

Yeni mövsümə hazırlıqlarını Polşada davam etdirən “Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Samir Abasovun başçılıq etdiyi kollektiv İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırlıq prosesi çərçivəsində “ağ-qaralar” daha üç sınaq görüşü keçirəcək. Paytaxt təmsilçisi iyulun 22-də Polşanın “Termalika”, iyulun 27-də Yunanıstanın “Asteras”, avqustun 1-də isə Kiprin AEL komandası ilə üz-üzə gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031