Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.
Maliyyə Nazirliyindən bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7,25 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.