azturkxeber.az
http://azturkxeber.az

Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlanılıblar

18-07-2025

Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlanılıblar

Xəzər rayonu ərazisində yerləşən 2 evdən və 1 torpaq sahəsindən 12 min manat dəyərində naqil və inşaat materialları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ə. Balayev və 27 yaşlı E. Ağayev saxlanılıblar.

Binəqədi rayonunda isə bir nəfərə məxsus “Azsamand” markalı avtomobili qaçırmaqda şübhəli bilinən 27 yaşlı F. Ağayev və 25 yaşlı E. Əhmədov saxlanılıblar.

Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031